Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Növbədənkənar prezident seçkisi ərəfəsində əfv sərəncamı gözlənilir? 

“Bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv sərəncamı olub və bu sərəncam 800 nəfərdən çox məhkuma şamil edilib. Eyni ildə növbəti əfv sərəncamının gözlənilməsi ehtimalı zəifdir”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Son günlər gələn ilin fevral ayında növbədənkənar prezident seçkisi ilə bağlı əfv sərəncamının olub-olmayacağına dair müzakirələr aparılır. Məsələyə aydınlıq gətirən Əliməmməd Nuriyev qeyd edib ki, əlbəttə ki, prezident seçkisi baş tutduqdan sonra hər hansı əfv sərəncamının olma ehtimalı mümkündür:
“Çünki bir qayda olaraq, əfv sərəncamları mart ayında, Novruz bayramı ərəfəsində imzalanır. Mən istisna etmirəm ki, gələcəkdə belə əfv sərəncamı ola bilər. Amma hazırda bu mövzu ilə bağlı qəti fikir söyləmək mümkün deyil. Əfv sərəncamının imzalanması birbaşa ölkə başçısının müstəsna səlahiyyətidir. Odur ki, növbəti il üçün də əfv sərəncamının olma ehtimalı var”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay